Çikaqoda qanlı həftə sonu: 14 ölü, 90 yaralı

ABŞ-ın Çikaqo şəhərində həftə sonu 104 silahlı insident yaşanıb, 14 nəfər ölüb, 90 nəfər isə yaralanıb.

Ölənlərdən 5-nin azyaşlı olduğu bildirilir. Çikaqonun müasir tarixində "ən ölümcül ikinci həftə sonu" adlandırılan silahlı hücumda avtomobildə atası ilə gedərkən öldürülən 3 yaşlı uşaq da olub.

Xəbərdə həmçinin 3 həftə öncə qaradərili Corc Floydun öldürülməsi səbəbindən baş vermiş iğtişaşlarda isə 24 nəfərin həyatını itirdiyi və 61 nəfərin yaralandığı da qeyd olunub.

qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31