Bu şəhərdə də karantin rejimi gücləndirildi

Ukraynada xəstələrin sayının artması və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 22 iyun 2020-ci ildən etibarən Odessada karantin rejimi gücləndirilib.

Olaylar.az  xəbər verir ki, yeni qaydalara əsasən, şəhərdə insanların şəxsiyyətini və ya xüsusi statusunu təsdiq edən sənəd olmadan küçəyə çıxması qadağan edilib.

Vətəndaşların qapalı yerlərdə, xüsusilə də administrativ binalar, ticarət obyektləri, sərgi zallarında və ictimai nəqliyyatda fərdi müdafiə vasitələrindən istifadəsi icbariləşdirilib. Şəhər ictimai nəqliyyatında sərnişinlərin sayının oturacaqların sayından çox olmaması gərəkdiyi, əks təqdirdə sürücünün cərimələnəcəyi vurğulanıb.

Şəhərdə uşaq istirahət mərkəzlərinin fəaliyyəti qadağan olunub, restoranlarda, çimərliklərdə isə insanlar arasında 1,5 metrlik məsafənin təmin edilməsi "Məcburi əməl edilməli davranışlar" siyahısına daxil edilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31