İraq parlamentində koronavirusa yoluxma ARTDI
22 İyun 2020 19:18 Dünyaİraq Parlamentinin sədri Məhəmməd Halbusi koronavirusun yayılması ilə əlaqədar İraq mediasına açıqlamalar verib.
Parlament sədri Halbusi, İraq Milli Məclisində cəmi 28 koronavirusa yoluxma faktının aşkarlandığını bildirib.
Virusa yoluxan millət vəkillərinin sayının 6-ya yüksəldiyini qeyd edən sədr, 1 işçi daxil olmaqla cəmi 22 məmurun virusa yoluxduğunu deyib.
İraqda bu günə qədər aşkar olunan yoluxma sayı 30 min 868-ə, həyatını itirənlərin sayı isə minə, sağalanların sayı isə 13 min 935 nəfər-ə çatıb.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31