Trampın baş iqtisadi müşaviri istefaya gedir

ABŞ Prezidenti Donald Trampın baş iqtisadi müşaviri Kevin Hassett istefaya gedəcək.

Bu barədə məlumatı "Aksios" portalı yayıb.

Hassettin müşavir vəzifəsinə görə maaş almadığı, onun əvvəldən bu postda müvəqqəti olmasının planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Hassett mart ayında koronavirusla əlaqədar yaranan iqtisadi situasiya fonunda müşavir olmuşdu. O, ölkədə işsizliklə bağlı yaranan situasiyanın həlli üçün xərclərin artırılmasını istəmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31