İsraildə koronavirusu 99 faiz öldürən maska hazırlanıb

İsrail alimləri virusları 99 faiz öldürən parçadan maska hazırlayıblar. Mütəxəssislərin bəyanına görə, maskalara dəfələrlə yuyulduqdan sonra da virusdan uğurla qorumağa davam edir. Laborator testlər bu nəticəyə gəlməyə əsas verib.

Sonovia şirkətinin istehsalı olan çoxdəfəlik antivirus maskalar sink nanohissəcikləri ilə örtülüb ki, bu hissəciklər bakteriya, göbələk və virusları uğurla məhv edir.

Şanxayda Microspectrum (Weipu Jishu) laboratoriyasında aparılmış sınaqlar göstərib ki, maskalarda istifadə olunan yuyulan parça koronavirusu 90 % məhv edib.

Sonovia şirkətinin texniki direktoru Liat Qoldhammer bildirib ki, tezliklə bu parçadan xəstəxana personalı üçün qoruyucu paltar tikiləcək.

Almaniyanın Bruckner və Weber Ultrasonics istehsal şirkətləri, eləcə də ABŞ və Almaniya xəsətxanaları artıq Sonovia ilə saziş bağlayıblar.

Sonovianın satış üzrə vitse-prezidenti Asaf levi bildirib ki, şirkət Amerika və Asiya investorları ilə fond bazarında iştiraka dair danışıqlar aparır.

Bizimyol.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31