Yas mərasimində 22 nəfər koronavirusa YOLUXDU

İranın Yasuc Tibb Elmləri Universitetinin rektoru Pərviz Yazdenpenah, Yasuc şəhərində koronavirus hallarının artdığını və bunun kütləvi mərasimlərin artması ilə əlaqəli olduğunu söyləyib.

Şəhərdə son 24 saatda 236 insanın virus testinin müsbət olduğunu ifadə edən Yezdanpenah, sosial məsafə tədbirlərinə baxmayaraq yas və toy mərasimləri səbəbiylə koronavirusa yoluxma hallarında artım müşahidə olunduğu bildirilib.

Yasuc şəhərində bir yas mərasimi zamanı 22 nəfərin koronavirusa tutulduğu faktının aşkarlandığını qeyd edən rektor, "xalqa tövsiyəmiz, sosial məsafə tədbirlərinə və maskaların istifadəsinə diqqət yetirməklə bağlıdır.

Eyni zamanda onlar toy və yas mərasimi kimi kollektiv tədbirlərdə iştirak etməmələri tövsiyə olunur" deyə bildirib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31