Rusiya ilə Türkiyə arasında hava əlaqəsi bərpa olunur

Türkiyə iyul ayından başlayaraq dünyanın 123 ölkəsinə beynəlxalq uçuşları bərpa edəcək.

"Türkiyə Hava Yolları"nın uçacağı istiqamətlər arasında Rusiyad da var. Belə ki, iyulun 16-da Moskva, Sankt-Peterburq və Krasnodar şəhərindən Türkiyəyə uçuşlar planlaşdırılır.

Buna qədər, Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy da ölkəsinin uçuşları bərpa etmək planlarını elan etmişdi.

modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31