Lukaşenko xəbərdarlıq etdi: Bunu qorumalıyıq
22 İyun 2020 14:19 DünyaBelarus xalqı ölkənin müstəqilliyini qorumalıdır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Belarus xalqı ölkənin müstəqilliyini qorumalıdır. Üç-dörd fırıldaqçının kələklərinə təslim olmayın. Onlar hər şeydən istifadə edəcəklər ki, sizi qarışıqlığa çəksinlər", - deyə o bildirib.
O, çoxsaylı müharibələrin Belarus xalqına sülh və müstəqilliyi qorumağı öyrətdiyini bildirib.
Lukaşenko bunlarsız Belarusun gələcəyinin olmadığını deyib:
"Əlimizdə olanları qorumalıyıq. Ciddi təzyiqlər, ilk növbədə isə iqtisadi təzyiqlər olacaq. Ona görə ki, bizimlə döyüşmək təhlükəlidir. Bizi əymək istəyəcəklər, çünki çox müstəqil olmuşuq. Müstəqilliyin çox və ya azı olmur. O ya var, ya da yoxdur. Müstəqillik çox dəyərlidir. Bu, bir xalqın və ya dövlətin ən dəyərli nemətidir. Ona görə də əgər biz xalqıqsa, əgər biz öz dövlətimizə sahib olmaq istəyiriksə, müstəqilliyimizi müdafiə etməliyik".
axar.az