Niderlandda karantin rejiminə qarşı etirazlar keçirilib - Yüzlərlə saxlanan var
22 İyun 2020 14:18 DünyaNiderlandın Haaqa şəhərində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminə qarşı etiraz aksiyası keçirilib.
Dinc şəkildə başlayan aksiya daha sonra iğtişaşlara çevrilib.
Etiraz edənlər polisə müxtəlif əşyalar atıb. Polis etirazçıların sosial məsafə qaydalarını pozması ilə əlaqədar aksiyanın qarşısını almağa çalışıb.
Nəticədə 400-dək aksiya iştirakçısı saxlanılıb.
Qeyd edək ki, bu günədək Niderlandda 49,5 mindən çox şəxs koronavirusa yoluxub, 6 090 nəfər həyatını itirib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31