Bu ölkədə komendant saatı LƏĞV EDİLDİ
22 İyun 2020 13:43 DünyaSəudiyyə Ərəbistanında martın 23-dən etibarən yeni növ koronavirus epidemiyası ilə mübarizədə həyata keçirilən komendant saatı bu gün başa çatıb.
Olaylar.az xəbər verir ki, Məkkə şəhərində epidemiyaya görə 3 ay əvvəl bağlanan məscidlər bu gün səhər ibadət üçün açılıb.
Məscidlər açıldıqdan sonra minlərlə vətəndaş məscidlərə axın edib. Namaz kilimini evdən gətirən vətəndaşlar ilk səhər namazını 3 ay sonra maska taxaraq və sosial məsafə qaydasına əməl edərək qılıblar. Eyni zamanda məscidlərə gələn vətəndaşların hərarəti də ölçülüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 154 min 233-ə çatıb.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31