Bu ölkədə daha çox gənclər koronavirusa YOLUXDU

Yumuşaldılma prosesini ilk həyata keçirən Amerikanın Florida, Cənubi Karolina, Corciya və Texas da daxil olmaqla bir çox ştatında koronavirusa yoluxma sayının artdığı bildirilib.

Sosial məsafə və maska qaydalarına tabe olmayan gənclərin bu bölgələrdə artımda böyük rol oynadığı açıqlanıb.

Texas qubernatoru Greg Abbott, mətbuat konfransında mart və aprel ayının əvvəlindəki vəziyyətlə müqayisədə böyük bir fərq müşahidə etdiklərini və indi daha çox 30 yaşına çatmamış gənclərdə virusun aşkar edildiyini qeyd edib.

Florida icra başçısı Ron DeSantis, Florida ştatında 20-30 yaş arasındakı gənclərdə virusa yoluxma hallarının yaşlılarla müqayisədə əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31