Rusiyada Kovid-19-a yoluxma sayı 600 minə yaxınlaşdı

Rusiyada son 24 saatda koronavirusa yoluxanların sayı artıb.

Rusiyada Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzindən verilən açıqlamaya görə, Rusiyada son 24 saat ərzində 7500 adamda yeni növ koronavirusun aşkarlanması ilə yoluxma sayı 592 min 280-ə , ölənlərin sayı 95 nəfər artaraq 8 min 206-ya, sağalanların sayı 4 min 705 artaraq 344 min 416 nəfər olub.

Rusiyada yoluxma sayının gündəlik artım tempi 1,3 faiz olaraq qeydə alınıb. Yeni yoluxma sayının 32,5 faizində simptomlar görünməyib.

Mübarizə tədbirlərinin yumuşaldılmasından sonra paytaxt Moskvada isə son 24 saatda yoluxma sayı 1068 nəfər artaraq 215 min 14-ə, ölənlərin sayı isə 20 nəfər artaraq 3.617-yə çatıb.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31