Gürcüstan parlamenti yeni seçki sisteminə keçdi
22 İyun 2020 12:43 DünyaGürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib, onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.
Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31