Korona zəifləyir və peyvəndsiz məhv olacaq — Proqnoz

Koronavirus zəifləyəcək və tezliklə peyvəndə ehtiyac olmadan öz-özünə yox olacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın San-Martino xəstəxanasının infeksion şöbəsinin rəhbəri Matteo Bassetti deyib.

O, mart-aprel aylarında koronavirusun aqressiv pələngə bənzədiyini, indi onun vəhşi pişiyə oxşadığını bildirib:

"Koronavirus daha az təhlükəlidir və tezliklə o qədər zəifləyəcək ki, peyvənd tətbiq etmədən öz-özünə məhv olacaq. Virus ciddi formada dəyişir. İndi pasiyentlər rahat şəkildə infeksiyanın simptomlarını keçirirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31