Ağ Evdən İTTİHAM: “Çin virusu yaymaq üçün vətəndaşlarını xaricə göndərib”
22 İyun 2020 11:40 DünyaAğ Evin rəsmi nümayəndəsi, ABŞ prezidentinin ticarət məsələləri üzrə köməkçisi Piter Navarro CNN telekanalına müsahibə verib. O, Ağ Evin pandemiyanın ikinci dalğasına hazırlaşdığını deyib.
"Əlbəttə, biz koronavirusun ikinci dalğasına hazırlaşırıq. Bunun mütləq baş verəcəyini demirəm, amma hazırlıq işləri görülür"-deyə Navarro söyləyib.
Piter Navarro pandemiyanın arxasında Çin hökumətinin olması fikrini də bir daha təkrarlayıb.
"Çin bu virusu yaradıb. Və yüzminlərlə Çin vətəndaşını xaricə göndərərək, dünyada yayıb".
Navarro Çinin virusu qəsdən yayıb-yaymamasının sual altında olduğunu da dilə gətirib.
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31