“Taliban” 14 əfqan hərbçisini azad edib

"Taliban" qruplaşması 14 əfqan hərbçisini azad edib.

Bundan əvvəl Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal bildirmişdi ki, qruplaşmanın 3 minədək üzvü azad olunub. "Taliban" isə ABŞ-la imzalanan sazişə əsasən ən azı 5 min üzvünün azad olunmasını tələb edir.

Xatırladaq ki, fevralın sonunda ABŞ və "Taliban" arasında Qətərdə sülh sazişi imzalanıb. 18 ildən çox davam edən müharibədən sonra imzalanan sazişə görə 14 ay ərzində xarici qoşunlar Əfqanıstandan çıxmalı, əsirlərin mübadiləsi aparılmalıdır.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31