Türkiyədə maska ​​taxmayanlara cərimələr tətbiq olunacaq

Türkiyədə koronavirusun yayılması ilə əlaqədar 22 İyundan etibarən maska ​​taxmayan vətəndaşlar cərimələnəcək.

48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.

Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.

redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31