Üç yaşlı ögey oğlunu boğaraq öldürdü

Türkiyədə dəhşətli cinayət hadisəsi qeydə alınıb.

"HaberGlobal"ın məlumatına görə, Kayseridə ögey ata üç yaşlı oğlunu boğaraq öldürüb və onun cansız bədənini evin yanındakı qəbiristanlıqda basdırıb.

Uşağı anası Emel Ömər övladını tapa bilmədiyindən polisə şikayət edib. Axtarışlar zamanı uşağın cəsədi qəbiristanlıqda tapılıb.

E.Ömər nikahsız yaşadığı Harus S.-dən şübhələndiyini bildirib.

Hazırda polis Harun S.-in yaxalanması üçün axtarışlara başlayıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31