Moskva su altında qaldı - FOTO

Rusiyanın paytaxtı Moskvada daşqınlara kanalizasiya xətlərinə düşən yarpaqlar səbəb olub.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu paytaxt merinin kommunal təsərrüfat xidmətləri və abadlıq məsələləri üzrə müavini Pyotr Biryukov deyib.

Onun sözlərinə görə, güclü külək paytaxtda ağacları aşırıb və ağacların yarpaqları kanalizasiya xətlərinə düşərək yağış sularının axmasının qarşısını alıb, bu isə lokal daşqınların baş verməsinə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31