COVID-19-dan ölənlərin sayında ŞOK ARTIM: minlərlə insanda simptom belə yoxdur

Rusiyada son sutka ərzində 85 bölgə üzrə 7 min 889 koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 2 min 579 nəfərdə heç bir simptom aşkarlanmayıb.

Publika.az xəbər verir ki, bununla da ölkədə ümumi yoluxma sayı 576 min 952-yə çatıb.

1 gün ərzində 161 nəfər dünyasını dəyişib və xəstəliyə qurban gedənlərin sayı 8 min 2 olub.

Son sutkada 10 min 186 nəfər sağalıb və bu rəqəmlə xəstəliyə qalib gələnlərin sayı 334 min 592 nəfərə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31