Türkiyədə 3 günlük sərt karantin rejimi tətbiq ediləcək
19 İyun 2020 11:38 DünyaTürkiyədə ali məktəblərə və liseylərə keçiriləcək qəbul imtahanları günlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riskinin artmasının qarşısını almaq məqsədilə iyunun 20, 27 və 28-də sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, karantin rejiminə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Qərara əsasən, iyunun 20-də Türkiyə vaxtı ilə saat 9:00-dan 15:00-dək, iyunun 27-də 09:30-dan 15:00-dək, ertəsi gün isə saat 09:30-dan 18:30-dək evdən çıxmağa məhdudiyyətlər tətbiq olunacaq.
Rejim bütün ölkəni əhatə edəcək. Əvvəlcədən aldıqları biletləri qeyd olunan saatlara düşən şərnişinlərə xidmət göstəriləcək.
xezerxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31