Qazaxıstan baş nazirində koronavirus tapılmadı

Qazaxıstan Baş naziri Əsgər Mamin özünütəcrid rejimindən çıxıb.

Qazaxıstan Baş naziri Əsgər Mamin özünütəcrid rejimindən çıxıb.

Bunu Qazaxıstan Nazirlər Kabinetinin mətbuat katibi Zarina Nurlanova deyib. O, Maminin koronavirus testinin neqativ çıxdığını bildirib.

Qeyd edək ki, Mamin 12 iyunda Jambıl vilayətinə səfərdən sonra təcrid olunmuşdu. Belə ki, səfər zamanı onu sonradan koronavirusun tapıldığı Səhiyyə naziri Yeljan Birtanov müşayiət edib. Maminlə bərabər təhsil, kənd təsərüffatı və ekologiya nazirləri də təcrid olunmuşdu.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31