İraqda 5 deputat koronavirusa yoluxdu

İraq Milli Məclisində 5 deputatın koronavirusa tutulduğu açıqlanıb.

Parlamentin baş katibi Hosyar Karadag yerli mətbuata açıqlamasında "COVİD-19 parlamentdəki deputatlar arasında müəyyən edildi" deyə ifadə edib.

Virusa tutulanlar arasında Mosul millət vəkili Mahasin Hamdun Deli, Ala Naşi və Leyt Duleyminin də olduğunu ifadə edən Karadag, parlament işinə ara verməyəcəyini söyləyib.  

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31