Koronavirusa yoluxan Yelena Zelenskayadan xəbər var
18 İyun 2020 19:11 DünyaKoronavirus aşkar edilən Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın vəziyyəti stabildir.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə RT Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər yayıb.
Qeyd edilir ki, prezidentin xanımının Kiyevdə xəstəxanada müalicəsi davam edir, ona antibakterial müalicə tətbiq olunub.
"Hazırda xəstəliyin gedişatı orta dərəcəli pnevmoniyaya uyğundur. Tənəffüs çatışmazlığı yoxdur. Əlavə oksigenə ehtiyac duymur", - deyə məlumatda bildirilir.
Vladimir Zelenski və uşaqları sağlamdır, onlar növbəti testi iyunun 19-da verəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31