Rusiyaya qarşı AĞIR QƏRAR: gələn ilə qədər...

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Aİ Krım və Sevastopolun qanunsuz ilhaqından dolayı Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərin müddətini 23 iyun 2021-ci il tarixinə qədər uzadıb.

Qərara əsasən, Aİ vətəndaşları və şirkətlərinin Krım və Sevastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır. Avropa İttifaqı ölkələrinə bu bölgələrdən məhsul idxalına icazə verilmir. Aİ vətəndaşları və şirkətləri bu bölgələrdə daşınmaz əmlaka malik ola bilməz və buradakı şirkətlərə maliyyə qaynağı təmin edə bilməz.

Krım bölgəsinə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə ediləcək bəzi məhsul və texnologiyalar ixrac edilmir. Xüsusilə, neft, təbii qaz və mədən axtarışları, çıxarılması və istehsalına dair texnologiyanın təmin edilməsi qadağandır.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31