Koronavirusdan ölənin meyiti əvəzinə kokain daşıdılar

Koronavirusdan ölənləri daşıyan cənazə maşınında 300 kiloqram kokain (narkotik vasitə) tapılıb.

Braziliyanın Goias şəhərindəki Jatai əyaləti yaxınlığındakı magistral yolda yol hərəkəti qaydalarını pozan cənazə maşını polis tərəfindən saxlanılıb.

Polisin verdiyi açıqlamaya görə, 22 yaşındakı şübhəlidən cənazələri daşımaq üçün sənəd istədiyi, ancaq şübhəlinin sənədlərinin olmadığı bildirilib.

Şübhəli vəziyyəti başa düşən polislər tabut olan maşını axtarmağa başlayıblar.

Polisin apardığı araşdırma tabutlardan 300 kiloqram təmiz kokain dərmanının olduğu aşkarlanıb. Narkotik vasitəni Goiania şəhərinə aparmaq üçün 950 dollar aldığını deyən 22 yaşlı sürücü saxlanılıb.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31