Rusiya koronavirus peyvəndinin sınaqlarına başlayıb
18 İyun 2020 16:19 DünyaRusiyanın Burdenko adına hərbi hospitalında ilk dəfə 18 könüllü üzərində koronavirus əleyhinə peyvənd sınaqdan keçirilib. Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi ilə birlikdə COVID-19-un profilaktikası üçün peyvəndin kliniki testlərinə başlamaqla bağlı icazə Səhiyyə Nazirliyi tərəfindən 16 iyun tarixində verilib.
Vaksinin tətbiqi xəstəxananın ən təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilib. Peyvənd hər hansı fəsadlar olmadan iş planına uyğun olaraq aparılıb.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31