Nikol daha bir düşmən qazanır – David Tonoyan ÇƏKİŞMƏ

Hakimiyyət müdafiə naziri David Tonoyanı istefaya göndərmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Armenia Today yazır. Eyni zamanda "Joxovurd" qəzetinin hökumətdəki mənbəsinə istinad edən sayt onu da qeyd edir ki, Tonoyanı əvəzləyəcək şəxs də bəllidir. O, hazırkı dövrə qədər onun müavini işləmiş Makar Qambaryandır. Qeyd edək ki, son vaxtlar hakimiyyət daxilində qruplar arasında ciddi qarşıdurmalar və çəkişmələr yaşanmaqdadır. Xüsusilə Qagik Çarukyanın ətrafında baş verən olaylar fonunda hakimiyyətdəki qrupların bir çoxu onun müdafiəsinə qalxmağı düşünürlər. Məhz müdafiə naziri Tonoyanın da Çarukyanı müdafiə etməsi Paşinyanın nəzərindən yayınmayıb və ehtimal var ki, Tonoyan onun növbəti düşməni olacaq.

Xatırladaq ki, buna qədər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və Paşinyanın ailəvi dostu olmuş Artur Vanetsyan da vəzifəsindən kənarlaşdırılaraq baş nazir tərəfinədn düşmən elan edilib. Hazırda Vanetsyan "Vətən" adlı siyasi partiya təsis edərək, müxalifət sıralarında yer alıb və hakimiyyətə iddiasını ortaya qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31