Rusiya səfirliyi partladılacaq – Hökumət HƏRƏKƏTƏ KEÇDİ
18 İyun 2020 15:56 DünyaMoldova hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasına bomba yerləşdirilməsi barədə məlumat daxil olub, araşdırma aparılır.
Bu barədə jurnalistlərə Kişinyov polisinin nümayəndəsi Nataliya Stati məlumat verib.
"Hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasının partladılacağı ilə bağlı mesaj daxil olub. Axtarışlar aparılır", - Stati bildirib.
Onun dediyinə görə, bu xəbəri ötürən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Əlavə edək ki, iyun ayında Moldova polisinə iki dəfə Rusiya səfirliyinə bomba yerləşdirilməsi haqda iki dəfə məlumat daxil olub, heç biri də öz təsdiqini tapmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31