Koronavirusun pambıq parça və əlcəklərin üzərində qalma müddəti məlum oldu
18 İyun 2020 15:11 DünyaMutasiyadan sonra hüceyrələrə daxil olma gücü təxminən 10 dəfə artan koronavirus pambıq parça və əlcəklərin üzərində cəmi bir saat yaşaya bilir.
Haberler.com bu barədə ABŞ-da yerləşən "Scripps" araşdırma mərkəzinə istinadla məlumat verir.
Tədqiqatın nəticələrinə görə, koronavirusun yayılmasından sonra tez-tez istifadə olunan plastik əlcəklər və maskalar virusun səthlərdə qalma qabiliyyətinə əslində təsir eləmir.
Qeyd olunur ki, 100% pampıqdan hazırlanmış əlcək və maskaların üzərində virusun yaşama müddəti bir saatdan artıq deyil və bu qoruyucu vasitələr plastik analoqlarından dəfələrlə effektlidir.
paralel.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31