"Öpücük müalicəsi" ilə koronavirusdan sağaldacağını iddia etdi - Öldü, 20 nəfəri...
18 İyun 2020 14:15 DünyaHindistanın Ratlam əyalətində Aslam adlı şəxs "öpücük müalicəsi" ilə insanların koronavirusdan qorunacaqlarını iddia edib.
Həmin şəxs bir müddət sonra koronavirusdan dünyasını dəyişib.
Hadisədən sonra səlahiyyətli şəxslər istintaqa başlayaraq müalicə üçün Aslamın yanına gələn şəxsləri müəyyənləşdirib. Hər biri tesdən keçirildikdən sonra məlum olub ki, Aslam müalicə üçün yanına əlini öpməyə gələn daha 20 nəfəri koronavirusa yoluxdurub.
Yerli hakimiyyət isə insanları belə dələduzlara inanmamağa çağırmaqla kifayətlənib.
Qeyd edək ki, hazırda Hindistan koronavirusun ən çox yayıldığı 4-cü ölkədir.
Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31