Qulaqcıq qulağında partladı, xəstəxanalıq oldu

Çin sakini telefonla söhbət edərkən "AirPods" qulaqcığı qulağında partlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 19-da Vandada baş verib. 23 yaşlı Çjen Tan sağ qulağında qulaqcığın partlaması nəticəsində yüngül xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda qulağında ağrılar qaldığı və zəif eşitdiyi bildirilir.

Xəsarət almış şəxsə qulaqcığı istehsal edən şirkət tərəfindən kompensasiya ödəniləcəyi qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31