Türkiyədə qoruyucu maskalar məcburiləşdirilə bilər
Ankara, İstanbul və Bursa vilayətində koronavirusuun yayılmasında kəskin artım müşahidə edildiyi üçün, qoruyucu maskalardan istifadə məcburiləşdirilə bilər.
18 İyun 2020 13:14 DünyaAnkara, İstanbul və Bursa vilayətində koronavirusuun yayılmasında kəskin artım müşahidə edildiyi üçün, qoruyucu maskalardan istifadə məcburiləşdirilə bilər.
Bu məsələ artıq Səhiyyə Nazirliyinin gündəliyindədir və yaxın vaxtlarda qərar veriləcək.
Qeyd edək ki, Türkiyədə artıq koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan edilib.
Son məlumata görə, Türkiyədə koronavirus yoluxanların sayı 181 298 nəfər, sağalanların sayı isə 153 379 nəfərdir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31