Qadın dostunun evinə qonaq getdi, dörd uşağı üç gün ac qaldı
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində dörd uşaq evdə ac qalıb.
18 İyun 2020 13:14 DünyaRusiyanın Xantı-Mansi Muxtar Dairəsində dörd uşaq evdə ac qalıb.
Olaylar.az oxu.az-a istinadla xəbər verir ki, 30 yaşlı qadın üç gün övladlarını evdə ac qoyaraq, tanışının yanına gedib.
Yeddi-on iki yaş arası uşaqlar ərazidə reyd zamanı polislər tərəfindən aşkar edilərək xəstəxanaya yerləşdiriliblər. Antisanitariya vəziyyətində, yemək olmayan evdə yaşayan uşaqlara parazit xəstəliyi diaqnozu qoyulub.
Polislər uşaqların anasını dostunun bağ evində tapıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31