Merkel: "Koronavirus Avropanın nə qədər həssas olduğunu göstərdi"
18 İyun 2020 13:11 Dünya"Koronavirus pandemiyası Avropa İttifaqı (Aİ) tarixində çox ciddi çağırış oldu və Avropanın nə qədər həssas olduğunu göstərdi".
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib.
Kansler iyulun 1-dən etibarən Almaniyanın Aİ-də sədrliyə başlamasını xatırladaraq üzərilərinə nə qədər böyük məsuliyyət düşdüyünü bir daha qeyd edib: "Biz bir tərəfdən böhranı aradan qaldırmalıyıq, digər tərəfdən Avropanı daha rəqabətqabiliyyətli etməliyik".
A.Merkel daha sonra qeyd edib: "Avropanın Almaniyaya ehtiyacı var, necə ki bizim ona ehtiyacımız var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31