Türkiyədə partlayış nəticəsində 4 nəfər həlak oldu

Türkiyənin Şırnak vilayətində avtomobilin partladılması nəticəsində 4 nəfər ölüb.

Vilayət rəhbərliyi hadisəninPKK terrorçuları tərəfindən törədildiyini bildirib. 

Məlumata görə, avtomobilə terrorçular tərəfindən əvvəlcədən partlayıcı qurğu bağlanıb. 

Qeyd edək ki, 2015-ci ilin iyulunda Türkiyə ilə PKK arasındakı silahlı qarşıdurmanın yenidən başlamasından indiyədək PKK terrorçularının hücumları nəticəsində 1000-ə yaxın hərbçi və polis, həmçinin 500-ə yaxın mülki şəxs həlak olub. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31