Rus səfir Paşinyanın düşmənləri ilə görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Çiçəklənən Ermənistan Partiyasından olan deputatlar və vitse-spiker Vahe Enfiacyanla görüşüb.

Bu məlumat səfirliyin Feysbuk səhifəsində yerləşdirilib. Görüşdə tərəflər arasında əsas müzakirə mövzusu Rusiya-Ermənistan parlamentlərarası əlaqələrinin inkişafı, Rusiyanın koronavirusla mübarizədə yardımı məsələləri olub. Parlamentarilər həmçinin ölkədəki daxili siyasi vəziyyətlə bağlı fikirlərini səfirlə bölüşüblər.

Qeyd edək ki, son günlər Çiçəklənən Ermənistan Partiyasına qarşı repressiyalar güclənib. Belə ki, partiyanın sədri Qagik Çarukyanın həbsinə hazırlıq gedir, onun deputat toxunulmazlığı ləğv edilib, həmçinin partiyanın 100-dən artıq tərəfdarı saxlanılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31