Avropadan Paşinyana ilk çağırış edildi
18 İyun 2020 11:52 DünyaAvropa Xalq Partiyası Ermənistanda demokratiyanın geriləməsinə dair çoxsaylı hallardan narahatdır.
Bu sözləri öz Tvitter səhifəsində partiyanın rəhbəri Donald Tusk paylaşıb. O, Ermənistan hökumətini müxalifətə qarşı təzyiqlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın deputat toxunulmazlığı ləğv edilib. Çarukyana qarşı təzyiqlərə etiraz edərək, aksiya keçirənlərə isə zor tətbiq olunub və 100-dən artıq şəxs həbs edilib.
Ölkədə başlayan repressiyalara beynəlxalq qurumların səssiz qalmasına erməni siyasətçilər narazılıqlarını ifadə etmişdilər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31