Dehlinin Səhiyyə naziri koronavirusa yoluxdu

Hindistanın Dehli milli paytaxt dairəsinin Səhiyyə naziri Satyendar Cayn koronavirusa yoluxub.

Hindistanın Dehli milli paytaxt dairəsinin Səhiyyə naziri Satyendar Cayn koronavirusa yoluxub. Bu barədə "TASS" xəbər verib.

Cayn yüksək hərarət, öskürək və tənəffüs problemləri ilə hospitalizə edilib. Nazir ixtisaslaşdırılmış klinikada müalicə olunacaq.

Ötən bazar günü o, Hindistanın Daxili İşlər naziri Amit Şah, ölkənin Səhiyyə naziri Harş Vardxan və Dehli hökumətinin başçısı Arvind Kedcrivalın da qatıldığı görüşdə iştirak edib.  

Qeyd edək ki, indiyədək Hindistanda 356 372 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 11 954-ü vəfat edib, 187 718 nəfər sağalıb. Tibb müəssisələrində 156 700 nəfərin müalicəsi davam etdirilir. Onlardan 8 944-nün vəziyyəti ağır qiymətləndirilir.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31