Tatarıstana xaricdən gələnlər məcburi karantində saxlanılmayacaqlar
18 İyun 2020 10:40 Dünyaİyunun 18-dən başlayaraq xaricdən Tatarıstana gələnlər artıq karantində saxlanılmayacaq, lakin iki həftəlik özünü təcridetmə rejiminə riayət etməli olacaqlar.Olaylar.az xəbər verir ki, müvafiq sənəd respublikanın hüquqi məlumatlar saytında dərc edilib.
Bundan əlavə, iyunun 18-dən etibarən səlahiyyətlilər və yerli hakimiyyət orqanları qabaqlayıcı tədbirlər həyata keçirəcəklər.
Ölkədə kütləvi istirahət, mədəni, idman və əyləncə tədbirlərinin keçirilməsi hələ də qadağandır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31