Kim Çen İn paytaxtdan çıxdı
17 İyun 2020 17:14 DünyaŞimali Koreya lideri Kim Çen İnin təyyarəsi Cənubi Koreya ilə münasibətlərin kəskinləşməsi fonunda paytaxt Pxenyandan ölkənin şərq sahillərinə doğru havalanıb.
Bu məlumatı "Ryonxap" agentliyi yayıb. Havaya qalxan təyyarənin An-148 olduğu bildirilib. Bortunda Kim Çen İnin olduğu təyyarə aviatrekerlərdə yerli vaxtla 10:00-da görülüb.
Qeyd edək ki, An-148 Kim Çen İn tərəfindən qısa uçuşlar üçün istifadə edilir. Uzaq uçuşlar üçün isə Kim Çen İn İl-62 təyyarəsindən yararlanır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31