Veteranlar Qələbə paradına maskasız baxacaq

Rusiya paytaxtında 24 iyunda Qələbə paradı keçiriləcək. İkinci Dünya Müharibəsinin veteranları paradı Qırmızı meydandakı tribunalardan maskasız izləyəcəklər.

Bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova deyib.

O bildirib ki, veteranlar sosial məsafə saxlamaqla əyləşəcəklər: "Bu məsafə elə nəzərdə tutulub ki, onların maska taxmamasına imkan yaradır. Parad bitəndə isə veteranlar yenidən maskalarını taxacaqlar".

Anna Popovanın sözlərinə görə, ətraf veteranlar üçün tamamilə təhlükəsiz vəziyyətə gətiriləcək. Dezinfeksiya tədbirləri görüləcək. Bura nəqliyyatdan tutmuş Qırmızı meydanda quraşdırılacaq tribunalara qədər hər şey daxildir. Parad müddətində xidmət edəcək könüllülər, nəqliyyat vasitələrinin sürücüləri, müşayətçilər isə maska və tibbi əlcək taxacaqlar.

Moskvada məhdudiyyətlərin ikinci mərhələsi iyulun ortalarında götürüləcək.

cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31