Zelenskinin Kiyevdəki ofisinin qarşısında mitinq keçirilir – istefasını tələb edirlər
17 İyun 2020 13:55 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin Kiyevdəki ofisinin qarşısında piket keçirilir. Etirazçılar onun istefasını tələb edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Mitinqdə bloger Anatoli Şariyin partiyasının tərəfdarlarının iştirak etdiyi qeyd olunur.
Etirazçılar partiyanın və Ukraynanın bayraqlarını, eləcə də dövlət başçısının istefasını tələb edən plakatlar tuturlar.
Bundan əlavə, onlar istəyirlər ki, konstitusiya hüquqları qorunsun, ictimai fəallar və jurnalistlər bir daha döyülməsin.
Prezident aparatının digər tərəfində, "Demokratik Sokira" partiyasının nümayəndələri toplaşıblar. Onlar psixiatrik xəstəxananın həkimlərinin formalarını geyiniblər.
Polis onların binaya yaxınlaşmasına imkan vermir.
Bununla əlaqədar Kiyevin hökumət məhəlləsindəki küçələrin bağlandığı deyilir.
KONKRET.az