Səhiyyə nazirindən XƏBƏRDARLIQ: “Əhalinin 45%-də...”
17 İyun 2020 13:38 DünyaƏhalinin 45%-dən çoxunda COVID-19-a qarşı immunitetin qazanılması onun yoluxuculuğunu dayandıracaq.
Busözləri Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Birinci kanalın efirində deyib.
"Əhalinin immuniteti 45%-dən çoxdur və 50-60%-ə yaxınlaşması zəncirin kəsilməsinə zəmanət verir".
Xatırladaq ki, bundan əvvəl M.Muraşko Qamalei adına Mərkəzdə koronavirusa qarşı yaradılan peyvəndin klinik sınaqlarının 17 iyunda başlayacağını söyləmişdi. Rusiya səhiyyə nazirinin sözlərinə görə, vaksinin sınaqlarına başlamasına artıq icazə verilib və məsələ etika komitəsi tərəfindən razılaşdırılıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31