Praqada bələdiyyə sədrləri karantinə götürüldü
Çexiyanın paytaxtı Praqada bütün bələdiyyə sədrləri karantinə götürülüb.
17 İyun 2020 13:37 DünyaÇexiyanın paytaxtı Praqada bütün bələdiyyə sədrləri karantinə götürülüb.
Paytaxt merinin müavini Peter Qlubuçek yeni növ koronavirusa yoluxub. Bununla da, pandemiya zamanı Çexiyada tətbiq olunan qaydalara uyğun olaraq, son günlərdə merin müavini ilə sıx əlaqədə olan paytaxtın bütün bələdiyyə rəhbərliyi iki həftəlik ev karantininə yerləşdirilməlidir.
P.Qlubuçek bildirib ki, iyunun 15-i onun hərarəti qalxıb, bu səbəblə o, iyunun 16-sı işə çıxmayıb və koronavirus testindən keçib: "Axşam mən koronavirus testimin müsbət olduğunu öyrəndim".
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31