Qazaxıstanda mədəndə partlayış olub - Ölənlər var

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində mədənlərin birində partlayış işləri zamanı iki nəfər həlak olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Partlayış zamanı daha bir mədənçi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

İnsidentin səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31