Kanada-ABŞ sərhədi iyulun 21-dək bağlı qalacaq
17 İyun 2020 12:07 DünyaKanada-ABŞ sərhədi iyulun 21-dək bağlı qalacaq.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo öz "Twitter" səhifəsində yazıb.
C.Trüdo bildirib: "Kanada və ABŞ sərhəddəki tədbirlərin müddətinin 30 gün, iyulun 21-dək uzadılması barədə razılığa gəliblər".
Onun sözlərinə görə, bu, həm kanadalıların, həm də amerikalıların təhlükəsizliyini təmin etmək üçün hazırlanmış vacib bir qərardır.
Baş nazirin "Twitter"dəki yazısının şərh bölməsində istifadəçilər koronavirusun ölkəyə Kanada ərazisindən Alyaskaya gedən amerikalılardan keçdiyini bildiriblər.
Qeyd edək ki, Kanada ərazisindən Alyaskaya gedən amerikalılara qarşı məhdudiyyətlət tətbiq olunmayıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31