Pekin sakinlərini evdən çıxmamağa çağırdılar
17 İyun 2020 12:06 DünyaPekində yeni növ koronavirus (COViD-19) səbəbi ilə genişmiqyaslı məhdudlaşdırıcı tədbir tətbiq edilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, şəhər rəhbərliyi bütün sakinləri "zəruri olmayan səfərlərdən" imtina etməyə və evdə qalmağa çağırıb.
Bundan əlavə, Pekindəki bütün ibtidai və orta məktəblər bağlanır, şagirdlər məsafədən təhsilə keçirlər. Universitetlər fəaliyyətini dayandırıb, bütün əyləncə və idman obyektləri bağlanıb.
Pekin hakimiyyəti paytaxtdakı vəziyyəti "son dərəcədə ciddi" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31