Şeksprin büstü oğurlandı

Vilyam Şeksprin büstü yoxa çıxıb.

Olaylar.az  xəbər verir ki, məşhur ingilis dramaturqunun büstü Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşadakı Otello parkından oğurlanıb.

Qeyd edilir ki, Şeksprin büstü 2016-cı ildə açılmışdı. 50 min dollara başa gələn büstün kim tərəfindən oğurlandığı bəlli deyil.

Polis faktla bağlı cinayət işi açıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31