Çarukyanın toxunulmazlığı ləğv edildi
16 İyun 2020 17:22 DünyaErmənistan parlamenti Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.
"87 deputat gizli səsvermə ilə Qagik Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verdi. Qərar qəbul edildi", - Mirzoyan bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31